Mixeil Saakaşviliyə Ukrayna vətəndaşlığından məhrum edilməsi barədə sənədlər verilib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Gürcüstanın keçmiş prezidenti, Odessa rayonunun sabiq qubernatoru Mixeil Saakaşvili Prezident Administrasiyasından onun vətəndaşlıqdan məhrum edilməsi barədə sənədləri aldığını bildirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o bu qərardan tezliklə şikayət vermək niyyətindədir.

"Nəhayət, biz Prezident Administrasiyasından sənədləri almışıq, bu gün və ya sabah məhkəməyə gedib şikayət verəcəyik", - M.Saakaşvili deyib.

Bir müddət əvvəl Ukrayna prezidenti Petro Poroşenko M.Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Prezident Administrasiyası bunu M.Saakaşvili tərəfindən vətəndaşlıq alarkən düzgün olmayan məlumatların təqdim edilməsi ilə izah edib.

Digər xəbərlər