Mixeil Saakaşvili Lvov məhkəməsinə gəlməyib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Ukraynanın Lvov vilayətinin məhkəməsi Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvilinin Ukrayna dövlət sərhədini qeyri-qanuni keçməsinə dair işə baxılmasını davam etdirib. 

Bu barədə "Report" UNİAN-a istinadən xəbər verir.

Məlumata görə, M.Saakaşvili iclasa gəlməyib və bunu bu günə planlaşdırılan mitinqlərlə əlaqələndirib.

Qeyd edək ki, Ukrayna vətəndaşlığından məhrum edilən M.Saakaşvili sentyabrın 10-da tərəfdaşlarının köməyi ilə "Şeqini" nəzarət-buraxılış məntəqəsindən Polşa-Ukrayna sərhədini keçməyə müvəffəq olub. 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09