MİT PKK-nin rəhbərliyində təmsil olunan terrorçunu məhv edib

Türkiyə Milli Kəşfiyyat İdarəsi İraqın şimalındakı Süleymaniyə bölgəsində yeni əməliyyat keçirib.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının rəhbərlərindən biri Gülsüme Doğan məhv edilib.

“Jiyan Mardin” kod adlı terrorçu təşkilata xərac toplayır və yeni üzvlər cəlb edirdi.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10