Missisipidə qatarla furqon toqquşub, 2 nəfər ölüb

Bakı. 5 dekabr. REPORT.AZ/ Amerikanın Missisipi ştatında qatarla furqonun toqquşması nəticəsində azı 2 nəfər ölüb, daha 3-ü xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, çərşənbə axşamı WMC telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə Marşall dairəsində baş verib. Yaralıların vəziyyəti kritikdir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10