Misirdə, Sinay yarımadasının cənubunda avtobusun qəzaya düşməsi nəticəsində azı 16 nəfər ölüb, daha 28 nəfər isə xəsarət alıb.
"Report"un "Sky News" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, qəza Dahab-Nuveyba yolunda baş verib. Hadisənin digər təfərrüatları və zərərçəkənlərin vəziyyəti barədə məlumat verilmir.
Qeyd edək ki, Sinay yarımadasının cənub hissəsi turistlər arasında populyardır.