Misirdə qatar relsdən çıxıb, xəsarət alanlar var

Misirdə dəmir yolunda qatarın relsdən çıxması nəticəsində azı 10 nəfər xəsarət alıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə ölkənin şimalında Minya-əl-Kamx yaşayış məntəqəsi ərazisində olub. Qatar Qahirədən Zakazik şəhəri istiqamətində hərəkət edirmiş.

Xəsarət alanların həyatı üçün təhlükə yoxdur. İlkin məlumatlara görə, hadisəyə texniki nasazlıq səbəb olub.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10