Misirdə nəqliyyat vasitəsi kanala düşüb, 7 məktəbli ölüb

Bakı. 12 noyabr. REPORT.AZ/ Misirdə kiçik üçtəkərli nəqliyyat vasitəsinin su kanalına düşməsi nəticəsində 7 məktəbli həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü "Əl-Yaum əs-Sabia" nəşri məlumat yayıb.

Polisin məlumatına görə, faciə Qahirənin şimalında yerləşən Buheyra əyalətinin Damanhur şəhəri ətrafındakı kiçik yaşayış məntəqəsində baş verib.

Misirin bir çox şəhərlərində ictimai nəqliyyat kimi istifadə olunan tuk-tuk (üçtəkərli motosiklet) idarəetmədən çıxaraq kanala düşüb. Məktəbliləri xilas etmək mümkün olmayıb.

Digər xəbərlər

ABŞ-də 70-dən çox insan ölüb 29 yanvar, 2026 / 12:20