Misirdə kilsə yaxınlığında atışma olub: ölən və yaralananlar var

Bakı. 19 aprel. REPORT.AZ/ Misirdə Müqəddəs Yekaterina kilsəsi yaxınlığında atışma baş verib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumatda bildirilir ki, silahlı şəxslərin hücumu nəticəsində 1 nəfər həlak olub, daha 4 nəfər yaralanıb. Yaralananların polis əməkdaşları olduğu bildirilir.

İlkin məlumata görə, atışma kilsənin qarşısında baş verib. Hadisənin təfərrüatları araşdırılır. 

Digər xəbərlər