Misirdə avtobusla yük avtomobili toqquşub, ölənlər var

Misirdə avtobus və yük avtomobilinin toqquşması nəticəsində 12 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə “Al-Masry Al-Youm” qəzeti məlumat yayıb.

Qəza Ras-Qərib və Zaafərana şəhərləri arasındakı magistralda baş verib. Hadisə nəticəsində daha 30 nəfər yaralanıb

Digər təfərrüatlar barədə məlumat verilmir.

Digər xəbərlər