Misirdə avtobus qəzaya uğrayıb, 28 nəfər xəsarət alıb

Bakı. 23 avqust. REPORT.AZ/ Misirdə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 28 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Youm7" xəbər portalı məlumat verib.

Bildirilir ki, hadisə Beni Sueyf bölgəsində baş verib. Belə ki, sürücü  Beni Sueyf - Zaafaran yolunda idarəetməni itirərək maşını aşırıb.  

Digər xəbərlər