Misirdə avtobus qəzası nəticəsində 12 nəfər ölüb

Bakı. 4 avqust. REPORT.AZ/ Misirin şimalında yerləşən Mutruh əyalətinin Əd-Dabaa rayonunda baş vermiş avtobus qəzası nəticəsində 12 nəfər ölüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Əl-Ahram" qəzeti yazıb.

Qəza zamanı daha 29 yerli sakin xəstəxanalara yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12