Misir kilsələrində törədilən terror aktları nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb

Bakı. 9 aprel. REPORT.AZ/ Bu gün Misirdə qibtilərə məxsus iki kilsədə törədilən terror aktları nəticəsində ölənlərin sayı ən azı 43 nəfərə çatıb.

"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 27 nəfər Tante şəhərindəki kilsədə törədilən partlayış nəticəsində ölüb. Bundan əlavə, 16 nəfər, eləcədə də 3 polis İskəndəriyyə şəhərində törədilən terror aktı zamanı həyatını itirib.

Həmçinin bildirilir ki, 78 Tantedə, 40 nəfər İskəndəriyyədə yaralanıb.

İŞİD qruplaşması terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43