Bakı. 26 yanvar. REPORT.AZ/ Misir Silahlı Qüvvələrinin Sinay yarımadasında keçirdiyi irimiqyaslı antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşmasının 20 silahlısı zərərsizləşdirilib.
“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, indiyədək Misir hərbçiləri və polisi min terrorçunu öldürüb.
Məlumata görə, əməliyyatlar əsasən Sinay yarımadasında keçirilir.