Minskdə qadın bayram atəşfəşanlığında ölüb

Belarus Müdafiə Nazirliyinin Komissiyası İstintaq Komitəsi ilə birlikdə Minskdə keçirilmiş bayram atəşfəşanlığı zamanı vətəndaşların xəsarət alması ilə bağlı hadisənin səbəblərini araşdırır.

Bu barədə "Report" Belarus Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.

Ölkənin Səhiyyə Nazirliyindən qeyd ediblər ki, insident nəticəsində 1 qadın ölüb, 4 nəfər ağır yaralanıb, 3 nəfər isə yüngül xəsarətlər alıb. Şahidlərin sosial şəbəkələrdə yazdıqlarına əsasən, yaralananlar mərmilərin qəlpələrindən və binanın qırılan şüşələrindən xəsarət alıblar.

Qeyd edək ki, dünən Belarus paytaxtında ölkənin faşist Almaniyasının işğalından xilas olmasının 75 illiyi və Müstəqillik Günü münasibətilə parad və atəşfəşanlıq keçirilib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09