ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində baş verən atışma nəticəsində azı iki nəfər ölüb, daha üç nəfər, o cümlədən iki polis əməkdaşı yaralanıb.
"Report"un məlumatına görə, bu barədə ABC News xəbər yayıb.
Məlumata əsasən, hadisə yerində bir nəfərin meyiti aşkarlanıb, daha bir nəfər isə xəstəxanada dünyasını dəyişib.
"Hadisəni törətməkdə şübhəli bilinən atəş açan şəxs ölüb. Bunun necə baş verdiyi hələlik məlum deyil", – deyə telekanal Minneapolis Polis Departamentinin nümayəndəsi Qaret Partenin sözlərini sitat gətirib.
ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində baş verən atışma nəticəsində bir neçə nəfər, o cümlədən iki polis əməkdaşı yaralanıb.
"Report"un məlumatına görə, bu barədə ABC News xəbər yayıb.
Minnesota qubernatoru Tim Uolz bildirib ki, şəhər polisi Qrant-strit ərazisində baş verən atışma ilə bağlı hadisə yerində işləyir və yaralananlar arasında iki polis əməkdaşı da var.
"Minneapolis polisi Qrant-strit ərazisində baş verən atışma ilə bağlı hadisə yerində fəaliyyət göstərir. Bir neçə nəfər, o cümlədən iki polis əməkdaşı yaralanıb. Zəhmət olmasa, bu ərazidən uzaq durun", – deyə qubernator bildirib.
Yaralananların vəziyyəti barədə hələlik məlumat verilməyib.