Argentinalı futbolçu Lionel Messi İspaniyanın "Eldense" klubunun sahibi olub.
"Report" xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Razılaşma İspaniyanın Ali İdman Şurası tərəfindən təsdiqlənməlidir.
Sentyabrda "Marca" nəşri Messinin "Eldense"ni almaqla bağlı razılığa gəldiyini xəbər verib. Qeyd olunub ki, klubun alınması Messinin futbola investisiya yatırmaq niyyətindən irəli gəlir.
İspaniya çempionatının ikinci ən güclü divizionunda çıxış edən "Eldense" klubu Alikante vilayətində, Kataloniyadan çox da uzaq olmayan ərazidə yerləşir. Messi peşəkar karyerasını başa vurduqdan sonra burada yaşamağı planlaşdırır.
"Eldense" 2026-cı ildə Messi tərəfindən satın alınan ikinci klub olub. Apreldə Messi Kataloniyanın "Kornelya" klubunun sahibi olub.