Mərkəzi Afrikada BMT sülhməramlıları yaralanıblar

Mərkəzi Afrika Respublikasında BMT-nin üç sülhməramlısı yaralanıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, ölkənin qərbindəki Mambere Kadei prefekturasında mina partlayışı nəticəsində BMT-nin 3 əməkdaşı xəsarət alıb.

Sülhməramlıların olduğu avtomobil müvəqqəti yaradılmış keçid məntəqəsinə doğru hərəkət edirdi.

Tanzaniyadan olan BMT sülhməramlılarının vəziyyəti ağır olaraq qiymətləndirilir. Rayon xəstəxanasına yerləşdirilən silahlılar paytaxt Banqiyə aparılacaq.

Digər xəbərlər