Mərkəzi Afrika Respublikasının şimal-qərbində silahlılar azı 13 nəfəri öldürüblər.
"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Belə ki, 20 nəfərlik silahlı qrup Çadla sərhəddə yerləşən Diki kəndinə hücum edib.
Silahlılar kənd sakinlərinə atəş açıblar. Daha iki nəfər ağır xəsarət alıb.