Mərkəzi Afrika Respublikasında atışma zamanı onlarla insan həlak olub

Bakı. 3 may. REPORT.AZ/ Mərkəzi Afrika Respublikasında təhlükəsizlik qüvvələri ilə yerli üsyançılar arasında atışma olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "France Presse" agentliyi məlumat yayıb.

Məlumata görə, atışma Banqi şəhərində baş verib. Atışma zamanı azı 24 nəfər həlak olub, daha 170 nəfər xəsarət alıb. Bildirilir ki, silahlı üsyançılar Notr-Dam-de-Fatima kilsəsinə hücum ediblər. Silahlı hücuma və kilsənin baş keşişinin qətlinə cavab olaraq qəzəbli kütlə məscidi yandıraraq, iki müsəlmanı öldürüb. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10