Mərkəzi Afrika Ölkələrinin İqtisadi Birliyi (ECCAS) Mərkəzi Afrika Respublikasının (MAR) Prezidenti Fosten-Arkanj Tuaderi Qabon üzrə koordinator təyin edib.
“Report” xəbər verir ki, bu barədə ECCAS-ın rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
“ECCAS Mərkəzi Afrika Respublikasının Prezidenti Tuaderi Qabondakı siyasi prosesin koordinatoru təyin edib və ən qısa zamanda Qabonda konstitusiya nizamını bərpa etmək üçün ona Qabondakı bütün tərəflərlə və ölkənin tərəfdaşları ilə danışıqlara başlamaq səlahiyyəti verib”, - məlumatda bildirilib.
ECCAS, həmçinin Qabonda ordunun ölkə konstitusiyasını, həmçinin ECCAS və Afrika İttifaqının baza sənədlərini pozaraq hakimiyyəti zorla ələ keçirməsini pisləyib.
Qeyd edək ki, Qabon ilə bağlı ECCAS-ın təcili iclası sentyabrın 4-də keçiriləcək.