Merkel Moldova prezidenti ilə qaz təchizatı məsələlərini müzakirə edib

Almaniya kansleri vəzifəsini icra edən Angela Merkel və Moldova Prezidenti Maya Sandu arasında telefon danışığı olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tərəflər qaz təchizatı məsələlərini müzakirə ediblər.

Qeyd edəki, Moldova Prezidenti Mayya Sandu oktyabrın 29-da ölkədə yaranmış qaz böhranının aradan qaldırılması ilə əlaqədar olaraq Almaniyadan kömək istəyib.

Digər xəbərlər