Ukraynanın Rusiyanın nəzarətində olan Melitopol şəhərində ard-arda 4 partlayış baş verib.
“Report” xəbər verir ki, bu barədə şəhər meri İvan Fedorov teleqramda yazıb.
Bildirilib ki, hadisə aerodrom yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, Rusiyanın həmin ərazidəki hərbi texnikasına ziyan dəyib.