Meksikanın paytaxtı Mexikoda qatarla ikimərtəbəli avtobusun toqquşması nəticəsində azı 9 nəfər ölüb, 41 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "La Jornada" nəşri məlumat yayıb.
Məlumata görə, hadisə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 17:00) federal magistralda baş verib. Avtobusda 50 sərnişin olub.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan azı 10-u ağır xəsarətlər alıb.
Hadisə yerində fövqəladə yardım xidmətinin əməkdaşları işləyirlər.