​Meksikada qasırğa nəticəsində 45 nəfər ölüb

Bakı. 9 avqust. REPORT.AZ/ Meksikada "Erl" tropik qasırğası nəticəsində 45 nəfər ölüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, təbii fəlakət ölkənin şərqində çoxsaylı torpaq sürüşməsi və daşqınların baş verməsinə səbəb olub.

Məlumata görə, sürüşmə nəticəsində yaşayış evləri torpaq altında qalıb. Həmin evlərdə insanların olduğu da ehtimal edilir. İtkin düşənlərin sayı bilinmir.

Xəbərdə ölənlərin 15-nin uşaq olduğu bildirilib.

Məlumatda həmçinin Meksikanın qərbində paralel olaraq baş verən "Xaver" qasırğasının isə aviareyslərin təxirə salınmasına səbəb olduğu qeyd edilib. 

Digər xəbərlər

Danimarka İran gəmisini saxlayıb 20 fevral, 2026 / 03:05
Tramp İrana 15 gün vaxt verib 20 fevral, 2026 / 01:50