Meksikada oğurlanmış 5 polisin meyiti tapılıb

Bakı. 12 fevral. REPORT.AZ/ Bazar ertəsi səhər Meksikanın Miçoakan ştatının Sitakuar bələdiyyəsi ərazisində avtomobilin salonundan Tusantla bələdiyyəsinin yerli 5 polis əməkdaşının meyiti taılıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Excelsior" nəşri yazıb

Polislər naməlum şəxslər tərəfindən fevralın 4-də iş növbəsinə başladıqdan sonra oğurlanıblar. Onlar həftə ərzində itkin düşmüş hesab ediliblər.

Tapılan meyitlərin üzərində çoxsaylı odlu silah yaraları olub. Qatillər meyitlərin yanında naməlum tərkibli məktub da qoyublar.

Digər xəbərlər