Meksikada maşından 5 yanmış meyit aşkar edilib

Meksikanın Miçoakan ştatında avtomobildən 5 yanmış meyit aşkar edilib.

"Report" "Excelsior" nəşrinə istinadən xəbər verir ki, yanan maşını yoldan keçən sürücülər görüblər və bu barədə hüquq-mühafizə orqanlarına xəbər veriblər.

Polis və hərbçilər 3 yanmış cəsədi yük yerində, daha 2-sini isə salonda aşkar ediblər.

Digər xəbərlər