Meksikada həmkarlar ittifaqları arasında toqquşma baş verib: 2 ölü, 22 yaralı

Bakı. 25 mart. REPORT.AZ/ Meksikadakı zavodların birində iki düşmən həmkarlar ittifaqı üzvləri arasında toqquşma baş verib.

"Report" xəbər verir ki, münaqişə nəticəsində 2 nəfər ölüb, 22 nəfər yaralanıb.

İnsident zamanı odlu silah tətbiq olunub.

Hadisə yerindən reportaj verən jurnalist odlu silah yarası ilə tibb müəssisələrindən birinə daxil olub.

Məlumata görə, iğtişaşların səbəbkarları hakimiyyəti bölə bilməyən iki həmkarlar ittifaqı lideri olub.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10