Meksikada fabrikdə partlayış baş verib: - 7 ölü

Bakı. 24 sentyabr. REPORT.AZ/ Meksikanın paytaxtı Mexiko yaxınlığındakı Kuautitlan-İskal şəhərində fəaliyyət göstərədn fabrikdə partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi xəbər yayıb.

Mülki Müdafiə İdarəsinin yaydığı məlumata görə, hadisə zamanı 7 nəfər həlak olub. Onların arasında yanğınsöndürən də var.

Hadisə zamanı fabrikin bir neçə işçisi yanıq xəsarəti alıb. 

Hadisənin başvermə səbəbləri ilə bağlı məlumat verilmir.  

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12