Meksikanın Mexiko ştatının hüquq-mühafizə orqanları Tultepek vilayətində eyni ailənin 8 üzvünü qətlə yetirməkdə şübhəli bilinən şəxsləri saxlayıblar.
“Report” xəbər verir ki, bu barədə vilayət prokurorluğu tviterdə məlumat yayıb. Cinayətkarlar kütləvi qətli aprelin 11-nə keçən gecə törədiblər.
Ümumilikdə 8 nəfər həbs edilib. Onlar Tultepek, Melçor-Okampo və Tultitlan vilayətlərində narkotik alveri və qəsb ilə məşğul olan dəstənin üzvləridir. Yaxın vaxtlarda saxlanılanlara qarşı ittiham irəli sürüləcəyi gözlənilir.
2021-ci ildə ölkədə 33,3 mindən çox qəsdən adam öldürmə hadisəsi qeydə alınıb ki, bunun da təxminən yarısı Quanaxuato, Mexiko, Miçoakan, Aşağı Kaliforniya, Xalisko və Çihuahua ştatlarında olub.