Meksikada avtobus qəzası nəticəsində ölənlərin sayı 29-a çatıb - YENİLƏNİB

Meksikanın Oaxaka ştatında avtobusun dərəyə düşməsi nəticəsində azı 29 nəfər ölüb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, 19 nəfər xəstəxanalarda müalicəsini davam etdirir.

“El Universal” qəzetinin məlumatına görə, avtobus 20 metr hündürlükdən düşüb. İlkin məlumatlara görə, sürücü əyləcin nasazlığı səbəbindən idarəetməni itirib.

00:44

Meksikada avtobus aşıb, 26 nəfər ölüb, onlarla insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "El Universal" qəzeti məlumat yayıb.

Qəza Oaxacaya gedən yolda, Penasco qəsəbəsində qeydə alınıb.

Hadisənin səbəbləri açıqlanmır.

Qəza yerində xilasetmə işləri aparılır.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09