Meksikada avtobus aşıb, 17 nəfər ölüb

Meksikanın cənubundakı Oahaka ştatında avtobusun aşması nəticəsində azı 17 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə və Risklərin İdarə Edilməsi Xidməti məlumat yayıb.

“Oahaka-Kuaknopalan avtomobil yolunun 88-ci kilometrliyində əksəriyyəti Venesuela vətəndaşı olan 55 miqrantın olduğu avtobus aşıb. İlkin məlumatlara görə, qəza nəticəsində 17 nəfər ölüb”, - qurumun “X” sosial şəbəkəsindəki səhifəsində yazılıb.

Qəza nəticəsində daha bir neçə nəfərin xəsarət aldığı və onlara tibbi yardım göstərildiyi qeyd edilir. Miqrantları daşıyan avtobusun aşmasının səbəbləri hələ müəyyən edilməyib.

Digər xəbərlər