Meksikada 5,4 maqnituda gücündə zəlzələ olub

Bazar ertəsi Meksikanın cənubunda 5,4 maqnituda gücündə zəlzələ olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Bildirilir ki, zəlzələnin episentri Puebla-de-Saraqosa şəhərindən 283 km məsafədə olub. Yeraltı təkanlar 18 km. dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Digər xəbərlər

Peruda güclü zəlzələ baş verib 20 avqust, 2026 / 23:13