​Məkkədə Türkiyə vətəndaşlarının qaldığı mehmanxanada yanğın baş verib - VİDEO

Bakı. 3 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Məkkə şəhərində, Kəbəyə yaxın ərazidə Türkiyə vətəndaşlarının qaldığı mehmanxanada baş verən yanğın nəticəsində iki nəfər yanıq xəsarəti alıb. 

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, yanğın mehmanxananın elektrik transformatorunda başlayıb və mehmanxanaya keçib.

Orada qalan 200-dən çox insan təxliyə edilib.

Əraziyə yanğınsöndürən maşınlar cəlb olunub. Qısa müddət sonra yanğın söndürülüb. 

Digər xəbərlər