Bakı. 11 sentyabr. REPORT.AZ/ ABŞ-ın Florida ştatına üz verən "İrma" qasırğası səbəbindən Mayami şəhərinin bir hissəsi su altında qalıb.
"Report" xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"na istinadən UNN məlumat yayıb.
"Sentyabrın 10-da "İrma" qasırğası Florida ştatının materik hissəsinə yaxınlaşdığı zaman ABŞ-ın Mayami şəhərinin bir hissəsi su altında qalıb", - deyə məlumatda bildirilir.
Şəhərin maliyyə rayonunda suyun hündürlüyü təxminən 60 santimetrə çatır.