Marseldə atışmalar nəticəsində 3 nəfər ölüb

Fransanın Marsel şəhərində avqustun 21-dən 22-ə keçən gecə baş verən atışmalar nəticəsində 3 nəfər ölüb.

Bu barədə "Report" BFMTV-yə istinadən xəbər verir.

Məlumata görə, ilk atışma gecə Marselin 14-cü bölgəsində baş verib, nəticədə iki nəfər ölüb.

Digər atışma Marselin dördüncü bölgəsində olub, hadisə zamanı bir nəfər güllələnib. Daha sonra onun avtomobili yandırılıb.

Digər xəbərlər

Tramp BBCni məhkəməyə verib 16 dekabr, 2025 / 07:20