ABŞ Prezidenti Donald Tramp NATO-ya tam sadiqdir.
"Report"un Türkiyə bürosunun xəbərinə görə, bunu Ankarada 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısından öncə keçirilən mətbuat konfransında alyansın baş katibi Mark Rütte jurnalistlərə deyib.
O, qeyd edib ki, NATO ABŞ-nin milli maraqlarına xidmət edir:
"Məsələn, Rusiyanın nüvə sualtı qayıqlarının Atlantik, Avropa və Arktika istiqamətindən ABŞ sahillərinə çatmasının qarşısını almaq, ABŞ-ın təhlükəsizliyini təmin etmək baxımından NATO vacibdir".