Mark Rutte: Çinin Rusiya ilə əməkdaşlığı Pekinin nüfuzuna təsir edə bilər

NATO-nun yeni baş katibi Mark Rutte Çini Ukrayna münaqişəsində Rusiyaya hərbi dəstəyə görə tənqid edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu M.Rutte bu gün NATO-nun baş katibi kimi ilk mətbuat konfransı zamanı deyib.

“Çin maraqlarına və nüfuzuna xələl gətirmədən İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük münaqişəni alovlandırmağa davam edə bilməz”, - o bildirib.

Digər xəbərlər