Mariya Zaxarova: “ABŞ-ın Əfqanıstanda təsadüfi güc tətbiq etməsini qınayırıq”

“ABŞ-ın Əfqanıstanda təsadüfi güc tətbiq etməsini qınayırıq”.

“Report” xəbər verir ki, bunu Rusiya XİN mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinqdə ABŞ-ın Kabil hava limanına raket hücumunu şərh edərkən söyləyib.

“ABŞ-ın Əfqanıstanda təsadüfi güc tətbiq etməsini qınayırıq. Rusiya Əfqanıstana humanitar yardım göndərilməsi məsələsinə baxır”, - o qeyd edib.

M.Zaxarovanın sözlərinə görə, Rusiya “Taliban”ın siqnallarını onların beynəlxalq birliklə əlaqələri inkişaf etdirmək niyyətləri kimi görür.

Digər xəbərlər