Avropa İttifaqı nümayəndəliyinin MAR-ın paytaxtındakı binasında yanğın baş verib

Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Banqi şəhərində Avropa İttifaqı (Aİ) nümayəndəliyinin bina kompleksində yanğın baş verib.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin MAR-dakı səfiri Duqlas Darius Karpenter tviter səhifəsində məlumat yayıb.

Yanğın dekabrın 19-na keçən gecə baş verib və nəticədə zərərçəkən olmayıb. Hadisəyə nəyin səbəb olduğu, eləcə də digər təfərrüatlar açıqlanmır. Aİ nümayəndəliyi yanğınla bağlı hələ açıqlama verməyib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12