Malinin Kidal şəhərinə hava zərbəsi endirilib, ölənlər var 

Malinin şimal-şərqindəki Kidal şəhərinə endirilən hava zərbəsi nəticəsində uşaqlar da daxil olmaqla azı 6 nəfər həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Qeyd edilib ki, ölənlərdən 3-ü uşaqdır.

Digər mənbələrə görə, ölən və yaralananların sayı daha çoxdur.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10