Bakı. 19 may. REPORT.AZ/ Şənbə gününə keçən gecə Nigerin Mali ilə sərhədində yerləşən Aquey yaşayış məntəqəsinə silahlı hücum zamanı fulbe xalqının ən azı 17 nümayəndəsi qətlə yetirilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, hücum Mali ərazisində motosikletlərlə gələn tuareq xalqının nümayəndələri tərəfindən təşkil olunub.