Malidə partlayış olub, BMT-nin iki sülhməramlısı yaralanıb

BMT-nin Malidəki missiyasının iki sülhməramlısı əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

Yaralanan sülhməramlılar BMT xəstəxanasına göndəriliblər.

Digər xəbərlər