Malidə kurort kompleksinə silahlı hücum olub, iki nəfər öldürülüb

Bakı. 19 iyun. REPORT.AZ/ Malinin paytaxtı Bamakoda naməlum şəxslərin kurort kompleksinə hücumu nəticəsində iki nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə yerli Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb.

"Öldürülənlərdən birinin Fransa və Qabon vətəndaşlığı olub. Biz hazırda digərinin vətəndaşlığının təsdiqi mərhələsindəyik", — deyə idarə təmsilçisi Baba Sisse bildirib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10