Malidə naməlum şəxslər tərəfindən törədilən silahlı hücum nəticəsində azı 130 nəfər ölüb.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, BMT-nin Malidəki nümayəndəliyi azı 55 nəfərin yaralandığını bildirib.
***16:18
Malidə silahlı hücum nəticəsində 100-dən çox insan öldürülüb.
“Report” xəbər verir ki, məlumatı “Sabah” qəzeti yayıb.
Hadisə ölkənin Dogon kəndində baş verib. Silahlılar kəndə hücum edərək 100-dən çox insanı qətlə yetiriblər.
Hadisənin səbəbi araşdırılır.