Malidə dövlət çevrilişinə cəhd olub

Mali hökuməti ölkədə dövlət çevrilişinə cəhd barədə məlumat yayıb.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Yerli hökumət bildirib ki, hadisə mayın 12-də gecə saatlarında olub. “Qərb tərəfindən dəstəklənən” zabitlər ötən həftə dövlət çevrilişi etməyə cəhd ediblər.

Mali hökuməti hələlik təfərrüat və sübut təqdim etməyib.

Digər xəbərlər

Vuçiç Baş nazir olmaq istəyir 11 iyun, 2026 / 00:15