Malayziyanın müsəlman məktəbində yanğın nəticəsində 25 nəfər ölüb - VİDEO

Bakı. 14 sentyabr. REPORT.AZ/ Malayziyanın paytaxtı Kuala-Lumpurda müsəlman ailələrdən olan uşaqlar üçün nəzərdə tutulmuş məktəbdə yanğın nəticəsində azı 25 nəfər həyatını itirib.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə şəhərin şimal-şərqində baş verib.

Ölənlər arasında təhsil müəssisəsinin tələbə və müəllimləri var. Hadisə yerində xilasedici və yanğınsöndürənlər işləyir.

Digər xəbərlər