Malayziyada yeni kral seçilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Malayziyada yeni kral seçilib.

"Report" TASS-a istinadən xəbər verir ki, növbəti beş il ərzində kral Kelantan ştatının sultanı V Məhəmməd olacaq.

Bu barədə məlumat Hökmdarlar Şurasının 9 üzvü (irsi sultanlar) arasında kral rəsmi iqamətgahı olan İstana Neqara sarayında keçirilən gizli səsvermənin yekununda elan edilib.

Ənənəyə görə, monarx taxt-taca bu il dekabrın 13-də sahib olacaq.

Qeyd edək ki, buna qədər Əbdül Halim Muadzam Şah müasir Malayziya tarixində ilk dəfə iki beş illik müddətə hökmdar olub.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10