Bakı. 26 sentyabr. REPORT.AZ/ Malayziyanın şimal-şərqində yerləşən kəndlərdən birində anqara ildırımın düşməsi nəticəsində 15 yaşlı yeniyetmə ölüb, onun 3 nəfər qohumu isə yaralanıb. "Report" dpa agentliyinə istinadən xəbər verir ki, hadisə Trenqqanu əyalətində baş verib. Gənclər çayda tor yerləşdirən zaman onları qəfil fırtına yaxalayıb və həmin insanlar yaxınlıqda sığınacaq axtarmaq məcburiyyətində qalıblar.
Bildirilir ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.