Malayziya və İndoneziya 7 min qanunsuz miqrantı qəbul edəcək

Bakı. 20 may. REPORT.AZ/ Uzunmüddətli danışıqlardan sonra Malayziya və İndoneziya  öz ərazilərində Myanma, Banqladeş və Taylanddan olan 7 min qanunsuz miqrantı müvəqqəti yerləşdirməyə razılıq verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Malayziyanın xarici işlər naziri Anifah Aman Kuala-Lumpurda  jurnalistlərə bildirib.

"Biz ümid edirik ki, bu il ərzində iki ölkənin hökumətləri həmin şəxslərin yerləşdirilməsi, eləcə də onların gələcəkdə vətənlərinə göndərilməsi ilə bağlı bütün məsələləri həll edəcək", - Malayziya XİN rəhbəri qeyd edib.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43
Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28