Makron bu həftə Ukraynaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron bu həftə Ukraynaya səfər etməyi planlaşdırır.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Fransanın Ukraynadakı səfirinin birinci müşaviri Bruno Kassanel deyib.

Kassanelin sözlərinə görə, səfər çərşənbə günü, iyunun 15-nə planlaşdırılıb. Makron Moldovaya səfərindən sonra Ukraynaya gedəcək.

Fransa dövlət başçısının Ukraynaya sonuncu səfəri bu il fevralın 8-də olub.

Digər xəbərlər